Prezident İlham Əliyev: “Bu gün aktivlərimizin özəlləşdirilməsi investorlardan daha çox özümüzə lazımdır”

Prezident İlham Əliyev: “Bu gün aktivlərimizin özəlləşdirilməsi investorlardan daha çox özümüzə lazımdır”
# 12 fevral 2016 15:09 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı deyib.

Dövlət başçısı neftin bugünkü qiyməti ilə bağlı vəziyyətin xarici investorlar üçün daha cəlbedici olduğunu düşündüyünü bildirib. “Çünki bu gün aktivlərimizin özəlləşdirilməsi investorlardan daha çox bizim özümüzə lazımdır. Əlbəttə ki, biz bu sahədə bir balans tapmalıyıq ki, hökumət və investorlar da öz payını ala bilsinlər. Burada biz vacib olan iqtisadi islahatlara, biznes mühitinin yaxşılaşdırılmasına, özəlləşdirmə yolunun davam etdirilməsinə və neftdən asılılığın azalması məsələsinə gəlirik”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR