"Suzuki"nin iki rəhbər şəxsi istefa verib

"Suzuki"nin iki rəhbər şəxsi istefa verib
# 08 iyun 2016 14:57 (UTC +04:00)

Bakı - APA-Economics. "Suzuki Motor Corp."-un baş icraçı direktoru Osamu Suzuki tutduğu vəzifədən istefa verib.

"APA-Economics" "The Wall Street Journal" jurnalına istinadən xəbər verir ki, buna səbəb şirkətin istehsal etdiyi bəzi avtomobillərdə yanacaq sərfiyyatının həqiqəti əks etdirməməsidir.

O. Suzuki deyib ki, o, iyunun sonunda keçiriləcək səhmdarların ümumi yığıncağında baş icraçı direktor vəzifəsinə namizədliyini irəli sürməyəcək. Maraqlıdır ki, O. Suzuki şirkətin prezidenti kimi fəaliyyətini davam etdirəcək.

Daha bir maraqlı fakt odur ki, şirkətin vitse-prezidenti Osamu Honda baş verənlərlə bağlı məsuliyyəti öz boynuna götürüb və istefa verəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR