Kişinyovda iğtişaşlar nəticəsində xəsarət alanların sayı 15-ə çatıb - YENİLƏNİB

Kişinyovda iğtişaşlar nəticəsində xəsarət alanların sayı 15-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 20 yanvar 2016 22:26 (UTC +04:00)

Bakı-APA. Kişinyovda Moldova parlamentinin qarşısında baş vermiş iğtişaşlar nəticəsində xəsarət alanların sayı 15-ə çatıb

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu paytaxt Təcili yardım xəstəxanasının nümayəndəsi İqor Kurov bəyan edib.

“Son məlumatlara görə, xəstəxanaya 15 nəfər çatdırılıb. Onlardan 9-u polis əməkdaşı, 6-sı isə mülki şəxslərdir. Xəsarət alanların vəziyyəti orta ağır kimi qiymətləndirilir”, deyə İ.Kurov bildirib.

Qeyd edək ki, hazırda Moldova paytaxtında vəziyyət gərgin olaraq qalır.

***

00:06

Bakı-APA. Kişinyovda Moldova parlamenti qarşısında baş verən iğtişaşlar zamanı 6 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, onların yüngül yaralandığı və həyatlarına təhlükə olmadığı bildirilir.

Yerli telekanallar xəbər verir ki, zərərçəkənlər arasında həm deputatlar, həm də müxalif “DA” platformasını təmsilçiləri var.

Qeyd edək ki, oktyabrın 29-da Moldova parlamenti Liberal Demokrat partiyasının sədr müavininin rəhbərlik etdiyi Nazirlər Kabinetini istefaya göndərib. Yanvarın 20-də isə parlament rabitə naziri Pavel Filipin baş nazir postuna təyin edilməsini dəstəkləyib və yeni hökumətin tərkibini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR