Sabah yağış, qar yağacaq

Sabah yağış, qar yağacaq
# 27 mart 2016 09:37 (UTC +04:00)

Bakı-APA. Martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16° isti, Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Martın 28-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 14-19° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR