Bakı və Neftçala sakinlərindən silah-sursat götürülüb

Bakı və Neftçala sakinlərindən silah-sursat götürülüb
# 10 fevral 2016 11:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı və Neftçala sakinlərindən silah-sursat götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbəsində yaşayan Samit İslamovun evindən lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng, süngü bıçaq, patron darağı və 42 ədəd patron aşkarlanıb.

Baş Cinayət Axtarışı İdarəsi və Neftçala rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Neftçala rayon sakini Qüdrət Salahovdan “TOZ-8” markalı tüfəng və 2 ədəd patron götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR