SOCAR dövlət büdcəsinə və DSMF-yə ödənişlərini açıqlayıb

SOCAR dövlət büdcəsinə və DSMF-yə ödənişlərini açıqlayıb
# 15 mart 2016 09:24 (UTC +04:00)

Bakı - APA-Economics. SOCAR 2016-cı ilin fevral ayında dövlət büdcəsinə 98,2 mln. manat vəsait ödəyib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumiyyətlə, SOCAR tərəfindən 2016-cı ilin yanvar-fevral aylarında büdcəyə 215,882 mln. manat vəsait ödənilib.

Bundan əlavə, cari ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 10,992 mln. manat vəsait köçürüb. Bu ilin yanvar-fevral aylarında isə dövlət şirkəti tərəfindən DSMF-yə ödəniş 21,5 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR