Sabah referendumla əlaqədar xaricdəki Azərbaycan seçicilərinin siyahısının dəqiqləşdirilməsi prosesi başa çatacaq

Sabah referendumla əlaqədar xaricdəki Azərbaycan seçicilərinin siyahısının dəqiqləşdirilməsi prosesi başa çatacaq
# 30 avqust 2016 20:19 (UTC +04:00)

Bakı-APA. Sabah sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar Azərbaycan hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycanın müvafiq diplomatik nümayəndəliklərində, ya da konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatlar əsasında, göstərilən seçicilərin siyahıya salınması üçün müvafiq seçki dairələrinin siyahısının təsdiq edilməsi və dəqiqləşdirilməsi üçün ayrılan müddət başa çatır.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası Azərbaycan Xarici İşlər Nazirliyinin təqdimatı əsasında səsvermə gününə ən azı 25 gün qalanadək Azərbaycan hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycanın müvafiq diplomatik nümayəndəliklərində, ya da konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatlar əsasında, göstərilən seçicilərin siyahıya salınması üçün müvafiq seçki dairələrinin siyahısının təsdiq edilməsi və dəqiqləşdirilməsi prosesini başa çatdırmalıdır.

Konstitusiyaya təklif edilmiş əlavə və dəyişikliklərlə əlaqədar bu müddət sentyabrın 1-dək olan dövrü əhatə edir. Sabah səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi, o cümlədən məntəqə seçki komissiyaları tərəfindən referendum günü səsvermənin yeri və vaxtı barədə kütləvi informasiya vasitələri və ya məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi üçün ayrılan müddət də sabah başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR