Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Hələb əyalətində beş yaşayış məntəqəsini azad edib

Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Hələb əyalətində beş yaşayış məntəqəsini azad edib
# 25 dekabr 2015 11:02 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Suriyanın hökumət ordusu Rusiya aviasiyasının dəstəyi ilə son həftədə Hələb əyalətinin beş yaşayış məntəqəsini azad edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy bildirib.

O, Rusiya aviasiyasının dekabrın 24-də Suriyada terrorçuların mövqelərinə 189 zərbə endirdiyini söyləyib.

Ümumilikdə sentyabrın 30-dan bu günə kimi 5240 döyüş uçuşunun keçirildiyini söyləyən Rusiya MN rəsmisi uçuşlardan 145-nin strateji raketdaşıyıcı təyyarələrlə və uzaq bombardmançı aviasiya ilə həyata keçirildiyini qeyd edib: "Rusiyanın hərbi kosmik qüvvələri gündəlik olaraq terrorçuların əsas infrastrukturuna, hərbi texnika və canlı qüvvəsinin yerləşdiyi obyektlərə raket zərbələri endirir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR