Şimali Koreya ABŞ-dan atəşkəs sazişinin əvəzinə sülh müqaviləsi imzalamağı tələb edib

Şimali Koreya ABŞ-dan atəşkəs sazişinin əvəzinə sülh müqaviləsi imzalamağı tələb edib
# 17 oktyabr 2015 23:10 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə KXDR XİN-in bəyanatında deyilir. Məlumatda qeyd olunur ki, “bu cür addım Koreya yarımadasında gərginliyin səngiməsinə və uzunmüddətli sülhün təmin edilməsinə imkan yaradacaq”.

“Hazırda Demilitarizasiya xətti bölgəsində istənilən insident nəzarətə alına bilməyəcək irimiqyaslı hərbi əməliyyatlarla nəticələnə bilər”, deyə KXDR XİN-in bəyanatında bildirilir.

Bəyanatda həmçinin qeyd edilir ki, bundan əvvəl Koreya yarımadasının probleminin həlli istiqamətində aparılmış altıtərəfli danışıqlar çərçivəsində bütün cəhdlər nəticəsiz olub və hətta əldə olunmuş cüzi razılaşmalar icra olunmayıb.

KXDR XİN-i hesab edir ki, buna görə məsuliyyət Şimali Koreyaya qarşı düşmən siyasətindən imtina etmək istəməyən ABŞ-ın üzərindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR