Çin mübahisəli adalarda qırıcı təyyarələr yerləşdirib

Çin mübahisəli adalarda qırıcı təyyarələr yerləşdirib
# 24 fevral 2016 04:43 (UTC +04:00)

Bakı-APA. Çin hökuməti Cənub-Çin dənizindəki mübahisəli Parasel adalarının birində qırıcı təyyarələrini yerləşdirib. APA-nın məlumatına görə, bu barədə Fox News telekanalı ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

Məlumata görə, “Shenyang J-11” (“SU-27”-nin lisenziyalı analoqu) və “Xian JH-7” tipli təyyarələr Vudi adasında yerləşdirilib. Çin qeyd olunan adada bir müddət əvvəl zenit-raket kompleksləri yerləşdirib.

Qeyd edək ki, Cənub-Çin dənizindəki mübahisəli Parasel adalarına Çin, Tayvan və Vyetnam iddia edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR