Lavrov: "Rusiya və Türkmənistanın Xəzərin statusu ilə bağlı yanaşmaları üst-üstə düşür"

Lavrov: "Rusiya və Türkmənistanın Xəzərin statusu ilə bağlı yanaşmaları üst-üstə düşür"
# 28 yanvar 2016 11:46 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkmənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov türkmənistanlı həmkarı Rəşid Meredovla görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər iki ölkə Xəzər dənizinin mehriban qonşuluq əməkdaşlıq regionu kimi qalmasının tərəfdarıdır: "Rusiya və Türkmənistanın Xəzərin hüquqi statusu üzrə hələlik razılaşdırılmamış məsələlərə yanaşması yaxındır və ya üst-üstə düşür. Biz Xəzərin sülh, mehriban qonşuluq dənizi olmasının tərəfdarıyıq ki, burada hərbi quruculuğunun şəffaflığı təmin olunsun, Xəzəryanı ölkələrin özləri bu hövzənin istifadəsi ilə əlaqədar bütün məsələləri həll etsinlər".

Rusiya XİN başçısı Moskva və Aşqabadın Xəzərdə beştərəfli iqtisadi əməkdaşlığa yanaşmasının yaxın olduğunu da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR