Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 26 Avqust

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 26 Avqust
# 26 avqust 2016 18:12 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Mare məntəqəsi Azez-Cerablus xəttinin Türkiyənin maraqları baxımından önə önəmli nöqtəsidir. İŞİD-in nəzarətində olan bu ərazi ələ keçirilərsə, Türkiyə iki baxımdan üstünlük əldə etmiş olur. Birincisi, PYD-nin nəzarətində olan Azez və Afrin məntəqələrini ələ keçirmək üçün hərbi-strateji üstünlük qazanır. İkincisi, Türkiyənin hərbi nizəsinin ucu Hələbə dirənmiş olur. Azez-Cerablus xətti Türkiyənin Hələbə birbaşa çıxışı deməkdir. Azez və Afrin Azad Suriya Ordusu tərəfindən ələ keçirilərsə, bu, türkmən şəhəri Hələbdən mülki şəxslərin təhlükəsiz şəkildə çıxarılmasını təmin etmiş olacaq. Digər tərəfdən Türkiyə və müttəfiq Azad Suriya Ordusu Hələb ətrafında mövqe tutacaqlar. Bu çəkindirici faktor olmaqla Hələbdə keçirilən əməliyyatın mahiyyətini kökündən dəyişmiş olacaq. Türkiyə ordusu faktiki olaraq Hələbə girmir, amma bunu hər zaman edə biləcəyini göstərmiş olur. Digər bir məqamı da nəzərdən qaçırmaq olmaz. ABŞ-ın dövlət katibi Con Kerri kürd qruplaşmaların Fəratın sağ sahilinə çəkilməyə başladığını bəyan etsə də, baş verənlər bunun əksini göstərir. Kürdlərin İŞİD-dən boşalan kəndləri tutmağa cəhd edib, buna qarşılıq olaraq Türkiyə ordusunun həm YPG mövqelərinə zərbələr endirib, həm də Mare istiqamətində hərəkətə başlayıb. Belə çıxır ki, "Fərat qalxanı" əməliyyatı ilə bağlı açıqlanan prinsiplər dəyişib və Ankara "qalibi mühakimə etməzlər" prinsipi ilə hərəkət etməyə başlayıb. Həftə bitdi deməyin, həftənin sonuna kimi Suriya cəbhəsində daha maraqlı proseslərin şahidi ola bilərik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR