Umberto Eko dəfn olunub

Umberto Eko dəfn olunub
# 25 fevral 2016 15:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Məşhur yazıçı Umberto Eko dəfn olunub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yazıçı ilə vida mərasimi Milanda keçirilib.

Vida mərasimində İtaliya hökumətinin üzvləri, o cümlədən, təhsil və mədəniyyət nazirləri iştirak edib.

Yazıçı ilə vida mərasimində iştirak edən Oskar mükafatı laureatı, aktyor və rejissor Roberto Benini deyib ki, Umberto Eko kimi insanlar göydə yox, yerdə olmalıdır.

Qeyd edək ki, U. Eko fevralın 20-də 84 yaşında vəfat edib. O, 1932-ci il yanvarın 5-də İtaliyanın Alessandriya şəhərində anadan olub. Müxtəlif vaxtlarda tarix və jurnalistika ilə məşğul olub. U. Eko Fransanın Fəxri Legion Ordeninin kavaleri və bir çox mükafatların sahibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR