Neft ucuzlaşmaqda davam edir

Neft ucuzlaşmaqda davam edir
# 27 iyun 2016 07:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarında neft ucuzlaşmaqda davam edir.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar azalaraq 47,46 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,04 dollar azalaraq 48,37 dollar olub.

Qeyd edək ki, neftin ucuzlaşmasına səbəb kimi Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") sonra bazarlarda qeyri-sabit vəziyyətin qalması göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR