Litvada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Litvada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb
# 09 oktyabr 2016 23:57 (UTC +04:00)

Bakı-APA. Litvada oktyabrın 9-da keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilk yeri səslərin 25,86%-ni toplayan “Kəndlilər və Yaşıllar İttifaqı” tutur.

İkinci yerdə Sosial-Demokrat (15,44%), üçüncü isə Vətən İttifaqı – Xristian Demokratlar Partiyasıdır (15,01%). İlkin nəticələrə əsasən, daha dörd partiya 5 faizlik seçki baryerini keçə bilər.

Seçkilərdə 12 partiya və iki koalisiya iştirak edir. Seymin 141 üzvündən 71-i birmandatlı, 70-i çoxmandatlı dairələrdə partiyaların təqdim etdiyi siyahılar üzrə seçilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR