Yozef Blatter: “FİFA məni daha maraqlandırmır”

Yozef Blatter: “FİFA məni daha maraqlandırmır”
# 29 dekabr 2015 09:33 (UTC +04:00)

Bakı – APA. “Bundan sonra ancaq öz adım və şərəfim uğrunda mübarizə aparacam. FİFA məni daha maraqlandırmır”. Apasport.az saytı xəbər verir ki, bu sözləri FİFA-nın sabiq prezidenti Yozef Blatter deyib.

Korrupsiyada günahlandırıldığı üçün UEFA prezidenti Mişel Platini ilə birlikdə 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılan Blatter Almaniya mətbuatına danışıb.

Açıqlamasında özünə bəraət qazandırmağa çalışan isveçrəli bunları əlavə edib: “Məni şərəfim maraqlandırır, FİFA yox. Milad bayramından sonra özümə bəraət qazandırmalıyam. Mənə qarşı yönələn ittihamların əsassız olduğunu sübut etmək istəyirəm”.

Qeyd edək ki, Blatter 1998-ci ildən ali futbol qurumuna rəhbərlik edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR