Bakıdakı Laçın məktəbində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Bakıdakı Laçın məktəbində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
# 01 aprel 2016 11:33 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakının Binə qəsəbəsində Pənah Məmmədov adına Laçın rayon 46 nömrəli tam orta məktəbdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə məktəbin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən məktəbin direktoru Həşim Mürsəlov faciə haqqında şagirdlərə geniş məlumat verib. O, aşkarlanmış məzarlıqların erməni vəhşiliyinə əyani sübut olduğunu vurğulayaraq, gənc nəsli bu soyqırımı unutmamağa və bundan dərs çıxarmağa çağırıb.

Məktəbin tarix müəllimi Şəbnəm Səfərəliyeva da çıxışında erməni vəhşiliyi və tarix boyu azərbaycanlıların başına gətirilən müsibətlərdən söz açıb.


Sonra şagirdlər tərəfindən soyqırımla bağlı müxtəlif səhnələr nümayiş etdirilib, şeirlər səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR