Prokuror Azərbaycanda tanınmış rəssamın oğluna 7 il həbs cəzası istəyib

Prokuror Azərbaycanda tanınmış rəssamın oğluna 7 il həbs cəzası istəyib
# 14 aprel 2016 12:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, N. Ağabəyovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi aprelin 22-də davam etdiriləcək.

Qeyd edək ki, Meydan TV-nin direktoru Emin Millinin qaynı olan N. Ağabəyov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. N. Ağabəyovun atası Mais Ağabəyov Azərbaycanın tanınmış rəssamlarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR