Sumqayıtda zavoddan oğurluq edilib

Sumqayıtda zavoddan oğurluq edilib
# 07 yanvar 2016 09:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhərində zavoddan oğurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də “Etilen-polietilen” zavodundan 1 ton 20 kiloqram metal qırıntılar oğurlamış şəhər sakinləri Vahid Məmmədov, Pərviz Miralayev və Qardaşxan Ağayev tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR