Federika Mogerini əfv sərəncamına münasibət bildirib

Federika Mogerini əfv sərəncamına münasibət bildirib
# 17 mart 2016 15:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan prezidentinin əfv sərəncamı imzalamasına münasibət bildirib.

APA-nın məlumatına görə, bu barədə o, “twitter” hesabında qeyd edib. “Azərbaycandan insan haqları ilə bağlı yaxşı xəbər almışıq. Bu, 2 həftə əvvəl Bakıda apardığımız danışıqlardan sonra ruhlandırıcıdır. Biz insan haqları istiqamətində işləməyi davam edəcəyik”, - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb.

Sərəncam 148 məhkuma şamil edilib. Onların arasında bir sıra tanınmış şəxslər də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR