Daşkəsəndə dörd otaqlı evdə yanğın olub

Daşkəsəndə dörd otaqlı evdə yanğın olub
# 06 mart 2016 15:55 (UTC +04:00)

Bakı – APA. Daşkəsən rayonunun Quşçu qəsəbəsində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR