TAP-ın tikintisinə indiyədək çəkilən xərcin həcmi açıqlanıb

TAP-ın tikintisinə indiyədək çəkilən xərcin həcmi açıqlanıb
# 29 mart 2016 11:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ilin dekabrın 31-ə Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisinə çəkilən xərclər 0,6 mlrd. avro və ya 0,8 mlrd. dollar təşkil edib.


"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, ümumiyyətlə, TAP-ın tikintisinə çəkilən əsaslı xərclərin 5,1 mlrd. avro və ya 6 mlrd. dollar təşkil edəcəyi gözlənilir.

TAP "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2019-cu ilin sonunda başlanması gözlənilir.

TAP-ın səhmdarları ARDNŞ (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.

Kəmərin uzunluğu 1800 km-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR