Dağıstanda “donuz qripi”nə yoluxanların sayı 108-ə çatıb

Dağıstanda “donuz qripi”nə yoluxanların sayı 108-ə çatıb
# 10 fevral 2016 18:16 (UTC +04:00)

Bakı-APA. Dağıstanda “donuz qripi”nə yoluxanların sayı 108 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan İstehlaka Nəzarət İdarəsinin mətbuat xidmətinin rəhbəri Leyla Tahirova bildirib.

“Bu günədək Dağıstanda 108 nəfər H1N1 virusuna yoluxub, 5 nəfər xəstəlikdən ölüb. Onların heç biri əvvəl peyvənd olunmayıb”, deyə L.Tahirova qeyd edib.

Qeyd edək ki, Dağıstanda ilk dəfə xəstəyə “donuz qripi” diaqnozu ötən ilin noyabrında qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR