Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron sakini dənizdə boğulub.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 26-da Masazır qəsəbə sakini Azər Novruzov Sumqayıt şəhərindəki dəniz çimərliyində çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.