Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas olunub

Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas olunub
# 25 mart 2016 22:25 (UTC +04:00)

Bakı-APA. Bakının Nəsimi rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 00:10-da başa çatıb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR