ABŞ maliyyə naziri: Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq

ABŞ maliyyə naziri: Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq
# 16 aprel 2016 02:42 (UTC +04:00)

Bakı-APA. Minsk sazişi tam yerinə yetirilməyənədək Rusiyaya qarşı sanksiyaların qüvvədə qalaca.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın maliyyə naziri Ceykob Lyu bəyan edib.

Bildirilir ki, bu barədə C.Lyu Vaşinqtonda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun rəhbər orqanlarının toplantısında, Almaniyanın maliyyə naziri Volfqanq Şoyble ilə görüşdə deyib.

Qeyd edək ki, martda ABŞ Dövlət Departamentinin nümayəndəsi Coşua Beyker rəsmi Vaşinqtonun Krımın işğalı ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların gücləndirilməsi üzərində işləyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR