® “Nikoyl Bank” pul köçürmə vasitəsilə pulsuz danışıq dəqiqələri təqdim edir

<font color=red>® </font>“Nikoyl Bank” pul köçürmə vasitəsilə pulsuz danışıq dəqiqələri təqdim edir
# 18 iyul 2016 13:21 (UTC +04:00)

“NIKOIL Bank” daima əhaliyə ən mükəmməl bank xidmətlərini təklif edir. Bugün biz, nəinki, sürətli və rahat, hətta daha sərfəli pul köçürmə sistemlərini təklif edirik. Bu gündən etibarən beynəlxalq pul köçürmə sistemlərinin hər hansı birindən istifadə etdikdə, “NIKOIL Bank” tərəfindən müştəriyə “Bakcell” danışıq dəqiqələri hədiyyə ediləcəkdir. Müştəri 500-1000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə - 10 dəqiqə, 1001-5000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə - 20 dəqiqə, 5001-10000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə 30 dəqiqə, 10001 ş.v. məbləğindən artıq pul köçürməsi etdikdə 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcək.

Hal-hazırda “NIKOIL Bank”da &quot;Zolotaya Korona&quot;, &quot;Contact&quot;, &quot;Caspian Money Transfer&quot;, &quot;Lider&quot;, &quot;Western Union&quot;, &quot;Blizko&quot;, &quot;Monex&quot; və &quot;Forsaj&quot; kimi pul köçürmə sistemləri mövcuddur.

“NIKOIL Bank”da mövcud olan beynəlxalq pul köçürmə sistemləri haqqında məlumatı

http://nikoil.az/az/moneytransfer/ səhifəsinə daxil olaraq əldə edə bilərsiniz.

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR