Azərbaycanın dövlət başçısı Serbiyanın sabiq prezidentini qəbul edib

Azərbaycanın dövlət başçısı Serbiyanın sabiq prezidentini qəbul edib
# 09 mart 2016 09:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Serbiyanın sabiq prezidenti Boris Tadiçi qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qısa vaxt ərzində böyük işlər görüldüyü və bu qurumun mühüm beynəlxalq təşkilata çevrildiyi məmnunluqla qeyd edilib.

Həmçinin Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb, ölkəmizin təbliğində Forumun əhəmiyyətindən danışılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR