Parlamentdən APA-ya verilən məlumata görə, bununla bağlı Milli Məclisə məktub daxil olub.
Prezidentin veto qoyduğu məsələ, İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 222.5-ci maddənin ("ödəniş kartı ilə qanunda nəzərdə tutulan hallarda aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə, fiziki və hüquqi şəxslər ödənilməmiş məbləğin 100%-i miqdarında cərimə edilir") aradan qaldırılmasından ibarətdir. Bu sənədə Milli Məclisin yanvarın 19-da keçirilən növbədənkənar xüsusi iclasında qəbul olunub. Həmin iclasda “Valyuta tənzimləmələri haqqında” qanuna da bəzi dəyişikliklər qəbul olunmuşdu ki, prezident tərəfindən buna da veto qoyulub.
Veto ilə bağlı məktub əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində, daha sonra isə tövsiyə olunduğu təqdirdə plenar iclasda müzakirəyə çıxarılacaq.