Binəqədidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Binəqədidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 12 avqust 2016 07:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Binəqədi rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

APA-Economics”in məlumatına görə, SKMF avqustun 9-da Binəqədi rayonunda işgüzar forum keçirib.

Sahibkarlardan ixtisaslaşdırılmış yaşıl marketin yaradılması, istixana təsərrüfatlarının yaradılması, həmçinin ət kəsimi, üzlük daşların, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR