Azərbaycan “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda təmsil olunacaq

Azərbaycan “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda təmsil olunacaq
# 27 oktyabr 2015 13:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi XVIII “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda təmsil olunacaq.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yarmarka oktyabrın 29-dan noyabrın 1-dək İtaliyanın Paestum şəhərində keçiriləcək. Hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi tədbirdə Azərbaycana məxsus 24 kvm sahədə xüsusi dizayn edilmiş stend quraşdırılacaq.

Nazirlikdən bildiriblər ki, əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən, UNESCO, ICCROM, ICOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi yarmarkada ölkəmizin iştirakı onun zəngin irsinin və turizm potensialının geniş tanıdılmasına imkan yaradacaq.

Qeyd edək ki, ötən il keçirilmiş XVII “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda Azərbaycan “rəsmi qonaq ölkə” statusunda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR