İtmiş əşyanın tapılmaması barədə arayışlarla bağlı şikayətə baxılma müddəti azaldılıb

İtmiş əşyanın tapılmaması barədə arayışlarla bağlı şikayətə baxılma müddəti azaldılıb
# 18 aprel 2016 11:35 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Daxili İşlər Nazirliyinin Kollegiyası “İtirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edib.

APA-nın məlumatına görə, bu reqlament itirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün elektron müraciətin və sənədlərin qəbulu ilə bağlıdır.

Aprelin 15-dən qüvvəyə minmiş dəyişiklik şikayətin baxılma müddəti ilə əlaqədardır. Bundan əvvəl şikayətə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanun ilə müəyyən olunmuş qaydada 1 ay müddətində, əlavə araşdırılma tələb olunmadıqda isə 15 gün müddətində baxılıb. Qanunda edilən dəyişikliklə əlaqədar itirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün şikayətə baxılma müddəti də iki dəfə azaldılıb. Başqa sözlə, şikayətə “Vətəndaşların müraciətləri haqqında” qanunun ilə müəyyən olunmuş qaydada ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR