Avropa kuboku “Azərsun Holdinq”ə gətirilib

Avropa kuboku “Azərsun Holdinq”ə gətirilib
# 05 may 2016 07:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlər və idman yarışlarına yaxından dəstək verən “Azərsun Holdinq”, bu dəfə Bakıda keçiriləcək 17 yaşa qədər yeniyetmələr arasında Avropa Çempionatında milli marka olan “Azərçay” ilə təmsil olunub.

“Azərsun Holdinq”dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın ev sahibliyi etdiyi bu böyük idman yarışlarının qaydalarına əsasən Qitə Kuboku sponsor markalara təqdim olunaraq 4 saat ərzində müəssisə əməkdaşları üçün sərgilənir. Bu məqsədlə “Azərsun Holdinq”ə gətirilən Avropa çempionatının əsas mükafatı Şirkətlər Qrupunda çalışan insanlara nümayiş etdirilib.

Azərsun Akademiyasında sərgilənən kubok şirkət əməkdaşları tərəfindən maraqla qarşılanıb. Üzərində “Made in Azerbaijan” yazısını şərəflə daşıyan “Azərçay” artıq ölkəmizin hüdudlarından kənarda da istehlakçılar tərəfindən çox yüksək qiymətləndirilir. Xammalı Azərbaycanın cənub bölgələrindən toplanılan “Azərçay” dünya səviyyəli brend kimi özünü təsdiq etməyi bacarıb.

“Azərsun Holdinq” və Almaniyanın “Heinemann” şirkəti arasında imzalanmış müqaviləyə əsasən artıq dünyanın 30-dan artıq hava limanında bu markanın satışı həyata keçirilir.

Qeyd edək ki, “Azərçay” keçən il I Avropa Oyunlarının rəsmi dəstəkçisi olaraq bu yarışların Rəsmi Çay Tədarükçüsü, həmçinin Rəsmi Çay Məhsullarının Təchizatçısı da olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR