Pərviz Həşimlinin kassasiya şikayətinə baxılacaq

Pərviz Həşimlinin kassasiya şikayətinə baxılacaq
# 01 oktyabr 2015 12:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin barəsində olan hökmdən verilən kassasiya şikayətinə oktyabrın 27-də baxılacaq.

Bu barədə APA-ya məlumat verən P. Həşimlinin vəkili Elçin Sadıqov bildirib ki, prosesə Ali Məhkəmənin hakimi Fərhad Kərimov sədrlik edəcək.

P. Həşimli 2013-cü il sentyabrın 17-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan P. Həşimli Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib.

Bundan sonra onun vəkili kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR