Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 18 avqust 2016 09:06 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən T. Comərdov 9 il müddətində azadlıqdan məhrum edilib

Qeyd edək ki, Sumqayıt şəhər sakini Comərdov Tərlan Vəsait oğlu vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR