Goranboyda baş verən yanğında xeyli sayda cücə məhv olub

Goranboyda baş verən yanğında xeyli sayda cücə məhv olub
# 27 mart 2016 20:23 (UTC +04:00)

Bakı-APA. Goranboyda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Xan Qərvənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb və içərisində sayı məlum olmayan ( 30 günlük) cücələr tüstüdən boğularaq tələf olub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR