Bakı. Hafiz Heydərov – APA. Bakıda dənizdən qadın meyiti tapılıb.
Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 16.00 radələrində Xəzər dənizinin Buzovna qəsəbəsinə düşən sahilində suda boğulmuş naməlum qadın meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Buzovna qəsəbə sakini, 1969-cu il təvəllüdlü Həqiqət Məmməd qızı Mirzəyeva olması müəyyən edilib.
Ailəsinin verdiyi məlumata görə, H. Mirzəyeva səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Onun intihar etdiyi ehtimal edilir.