Kaxa Kaladze Bakıya gəlir

Kaxa Kaladze Bakıya gəlir
# 22 fevral 2016 15:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze fevralın 29-da Azərbaycana səfər edəcək.

"APA-Economics" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, K. Kaladze Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.

"Biz "Şahdəniz" yatağından əlavə həcmdə təbii qaz almaq üçün danışıqlarımızı davam etdiririk. Çox nikbinik və danışıqların müsbət nəticələnəcəyini düşünürük", - deyə K. Kaladzenin bəyanatında qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR