Yaponiya və Rusiya sülh müqaviləsi imzalamaq üçün danışıqlara başlayacaqlar

Yaponiya və Rusiya sülh müqaviləsi imzalamaq üçün danışıqlara başlayacaqlar
# 17 aprel 2016 06:53 (UTC +04:00)

Bakı-APA. Yaponiya və Rusiya arasında sülh müqaviləsinin imzalanması üçün yaxın vaxtlarda yüksək vəzifəli rəsmilərin görüşünün keçirilməsi barədə razılıq əldə edilib.

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, Həmin danışıqların mayda keçirilməsi planlaşdırılır.

Bu barədə razılıq Yaponiyanın xrici işlər naziri Fumio Kişidanın onun rusiyalı həmkarı Serqey Lavrovla aprelin 15-də Tokioda keçirilən görüşündə əldə edilib. F.Kişida bildirib ki, bu görüş yüksək səviyyəli siyasi dialoqa hazırlıq üçün mühüm addımdır. S.Lavrov isə öz növbəsində, ikitərəfli münasibətlərin bütün istiqamətlərdə dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR