Peskov: "İŞİD-in təhdidlərini şişirtmək lazım deyil"

Peskov: "İŞİD-in təhdidlərini şişirtmək lazım deyil"
# 01 avqust 2016 15:09 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Rəsmi Moskva İŞİD tərəfindən Rusiyaya qarşı təhdidlərinə lazımi diqqət yetirir”.

APA-nın “lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, bu məsələlər xüsusi xidmət orqanları tərəfindən öyrənilir.

“Bu cür təhdidlər Rusiyanın ardıcıl siyasətinə, prezident Vladimir Putinin terrorizmlə mübarizəsinə təsir edə bilməz. Oxşar təhdidləri şişirtmək lazım deyil. Əlbəttə ki, terrorçu qruplar onlarla mübarizə aparıldığı üçün hədə-qorxu taktikasından istifadə etməyə çalışır. Bu, normal praktikadır, şişirtməyə ehtiyac yoxdur. Lakin bununla yanaşı, ehtiyat tədbirləri də görülməlidir”.

Qeyd edək ki, İŞİD tərəfindən “YouTube”da yerləşdirilən 9 dəqiqəlik videoda Putinə xəbərdarlıq edilir və müsəlmanlar bu ölkəyə qarşı cihada çağırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR