AMEA-da Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun İşçi Qrupunun müşavirəsi keçiriləcək

AMEA-da Birləşmiş Nüvə Tədqiqatları  İnstitutunun İşçi Qrupunun müşavirəsi keçiriləcək
# 06 oktyabr 2016 15:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Oktyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) 60 illik yubileyi ilə əlaqədar həmin quruma üzv ölkələrin Səlahiyyətli Nümayəndələri Komitəsinin sədri yanında İşçi Qrupunun müşavirəsi keçiriləcək. AMEA-dan APA-ya verilən xəbərə görə, oktyabrın 13-14-də isə AMEA-nın Alimlər Evində BNTİ-nin 60 illik yubilieyinə və müstəqil Azərbaycanla əməkdaşlığın 25 illiyinə həsr olunan “BNTİ günləri” təşkil olunacaq.

Tədbirlərdə yerli alimlərlə yanaşı, quruma üzv ölkələrin 50-ə yaxın nümayəndəsi də iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR