Aleksandr Lukaşenko KTMT-nin Nizamnaməsinə düzəlişlər təklif edib

Aleksandr Lukaşenko KTMT-nin Nizamnaməsinə düzəlişlər təklif edib
# 15 sentyabr 2015 12:52 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzv ölkələrinin sərhədlərində yaranmış vəziyyətlə əlaqədar qurumun Nizamnaməsinə düzəlişlər etmək lazımdır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Düşənbədə keçirilən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko deyib. O bildirib ki, hazırda Yaxın Şərqdə, Əfqanıstanda və KTMT üzv ölkələri sərhədində münaqişələr ağırlaşıb və yeni qeyri-stabil münaqişə ocaqları yaranıb: "Belə vəziyyətdə hərbi gücün möhkəmləndirilməsi və kollektiv qüvvələrin operativ reaksiyası tələb olunur. KTMT regionunun təhlükəsizliyini gücləndirmək üçün hava hücumundan müdafiə sistemini müəyyən etmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR