Bəhreyn İranla hava əlaqəsini dayandırıb

Bəhreyn İranla hava əlaqəsini dayandırıb
# 05 yanvar 2016 17:52 (UTC +04:00)

Bakı-APA. Bəhreyn İranla hava əlaqəsini dayandırdığını elan edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Bəhreyn televiziyası məlumat yayıb.

Qeyd edək ki, yanvarın 4-də Bəhreyn İranla diplomatik əlaqələri kəsib.

Bundan öncə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.

Onu da əlavə edək ki, Bəhreyn İranla diplomatik əlaqələri kəsdiyini bəyan etdikdən sonra Birləşmiş Ərəb Əmirlikləri Tehranla diplomatik təmsilçilik səviyyəsini aşağı saldığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR