AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin hesabatları dinlənilib

AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin hesabatları dinlənilib
# 10 fevral 2016 14:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Ötən il Akademiyanın təsisçiləri haqda monoqrafiyalar çap olunub. Çap olunan 17 monoqrafiyadan 5-i AMEA-nın Humanitar Elmlər Bölməsi tərəfindən hazırlanıb”. APA-nın xəbərinə görə, bunu akademik Teymur Kərimli AMEA-nın Humanitar Elmlər Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı zamanı deyib.

O bildirib ki, Bölmənin tərkibində 5 institut və 2 muzey fəaliyyət göstərir: “Eyni zamanda, elmi müəssisələrin əməkdaşları 6-ı xaricdə olmaqla 57 monoqrafiya, 107 kitab dərc etdiriblər. Ötən il 1577 məqalə, 206 tezis çap olunub. Onlardan 24-ü impakt faktorlu jurnallarda nəşr olunub. Qeyd edim ki, ötən il bölmənin yeni saytı – heb.science.az istismara verilib”.

Hesabat məruzəsi müzakirə olunduqdan sonra Bölmənin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti qənaətbəxş hesab olunub. Hesabat qəbul olunub və AMEA-nın illik hesabatına daxil edilməsinə qərar verilib.

Daha sonra AMEA-nın müxbir üzvü Nərgiz Axundovanın AMEA-nın İctimai Elmlər Bölməsinin illik hesabatı dinlənilib.

N. Axundova qeyd edib ki, bölmənin institutlarında ümumilikdə 8 elmi istiqamətin 33 problemi üzrə 117 mövzuda və 271 iş üzərində elmi tədqiqatlar aparılıb: “Cari ildə 117 mövzudan 26-sı, 271 işdən 196-sı tamamlanıb. Bölmə əməkdaşlarının 229-u xaricdə olmaqla, ümumilikdə 1029 məqalə, 160-ı xaricdə olmaqla 293 tezis nəşr olunub. 8-i xaricdə olmaqla 114 kitab çapdan çıxıb”.

N. Axundova onu da qeyd edib ki, A. Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycan tarixinin ümumi konsepsiyası” əsas elmi istiqamət üzrə elmi tədqiqat işləri aparılıb: “Bu tədqiqatlar tarixşünaslıq və mənbəşünaslıq, Azərbaycanın siyasi tarixi, sosial iqtisadi tarixi və digər istiqamətləri əhatə edib. Bundan başqa, Almaniya, Rusiya, Türkiyənin dövlət və hərbi arxivlərində Azərbaycanın orta əsrlər tarixi, habelə Xalq Cümhuriyyəti dövrünə aid sənədlər gətirilib. Onların da çap olunması nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR