Deputatlığa namizəd İsmayıl Ağayevin seçicilərlə növbəti görüşü keçirilib - VİDEO - FOTOSESSİYA

Deputatlığa namizəd İsmayıl Ağayevin seçicilərlə növbəti görüşü keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 19 oktyabr 2015 08:55 (UTC +04:00)

Bakı - APA. Milli Məclisə seçkilərə 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınmış İsmayıl Ağayevin Salyanın Pambıq kəndində seçicilərlə növbəti görüşü keçirilib.

İ. Ağayevin seçki qərargahından APA-ya verilən məlumata görə, görüşə 100-ə yaxın kənd sakini qatılıb.

Görüşü giriş sözü ilə açan namizədin vəkili, pedaqoq Gülayə Tağıyeva İsmayıl Ağayevin ictimai-siyasi fəaliyyəti haqqında seçiciləri məlumatlandırıb. Daha sonra çıxış edən Beynəlxalq Diaspor Mərkəzinin Rusiya nümayəndəliyinin rəhbəri Natiq Bədəlov İsmayıl Ağayevin uğurla apardığı diaspor fəaliyyəti haqqında danışıb.

Seçicilər adından isə kənd sakini İsgəndər Cəfərov çıxış edərək deputatlığa namizəd İsmayıl Ağayevə uğur arzulayıb və 1 noyabrda seçicilərin fəal şəkildə seçkiyə gələcəyini və doğru seçim edəcəklərini bildirib.

Sonda çıxış edən namizəd İsmayıl Ağayev Pambıqkənddə yaşan sakinlərə seçiləcəyi halda həyata keçirəcəyi proqramlarla bağlı məlumat verib. Vətəndaşlar onları narahat edən məsələlərlə bağlı fikirlərini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR