Gürcüstanda saat 15:00-dək seçici fəallığı 40% olub

Gürcüstanda saat 15:00-dək seçici fəallığı 40% olub
# 08 oktyabr 2016 14:43 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Saat 15:00-a olan məlumata əsasən Gürcüstanda keçirilən parlament seçkilərində seçicilərin 39,79%-i iştirak edib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu MSK-nın mətbuat katibi Ana Mikeladze açıqlayıb.

O bildirib ki, saat 15:00-yə qədər 1 milyon 222 min 634 seçici səs verib.

Xatırladaq ki, seçki məntəqələri saat 08:00-da açılıb. Saat 12:00-a qədər seçici aktivliyi 19,81% idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR