Gəncədə kişi arvadının boğazını kəsib

Gəncədə kişi arvadının boğazını kəsib
# 02 may 2016 07:27 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 47 yaşlı qadın bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1969-cu il təvəllüdlü Rəfiqə Musayeva boğazın kəsilmiş və kürək nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən qadının vəziyyəti ağır qiymətləndirilir. Məlumata görə, R. Musayevanı həyat yoldaşı münaqişə zəminində bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR