AzTV-də dövlət vəsaitindən qeyri-qanuni istifadə halları aşkarlanıb

AzTV-də dövlət vəsaitindən qeyri-qanuni istifadə halları aşkarlanıb
# 08 aprel 2016 13:08 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə, Azərbaycan Hesablama Palatasının 2015-ci il üzrə fəaliyyəti barədə açıqladığı hesabatda bildirilib.

Hesabatda bildirilir ki, nəzarət tədbiri zamanı AzTV tərəfindən bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub. Belə ki, UEFA çempoinlar liqasının final oyunlarından reportajlar hazırlamaq üçün ezam olunmuş işçilərə artıq vəsait xərc edilmiş, proqram təminatı vaxtından əvvəl hesabdan silinmiş, videomaterialların yeni formatda köçürülməsi, bərpası və geniş annotasiyalarının yazılması işlərini həyata keçirmək üçün yaradılmış işçi qrupunun üzvlərinin əməyinin ödənişini tənzimləyən daxili qaydalar və normativlər müəyyən edilmədən onlara əlavə əmək haqqı hesablanıb.

Təhtəlhesab şəxslərin hesablarına ödənilən, lakin istifadə edilməyən ezamiyyə xərcləri üzrə vəsaitlər qaytarılarkən banka təhvil verilmədən, birbaşa kassaya mədaxil edilərək sonradan təyinatı üzrə xərclərin ödənilməsinə yönəldilib. QSC-də dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə bəzi hallarda tam riayət edilməyib, məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə malların (işlərin və xidmətlərin) satın alınması ayrı-ayrı müqavilələrə bölünüb. Auditlə əhatə olunan dövrdə alınmış material ehtiyatlarının dəyəri mühasibat hesabatında düzgün uçota alınmayıb, deklorasiya işlərinin və kitabların dəyəri uçota götürülməyib, işçilərə qonorarlar ödənilərkən hesablanmış qonorardan sosial sığorta haqqının hesablanması zamanı artıq vəsait ödənişinə yol verilib.

Yoxlamaların nəticələri Hesablama palatasının Kollegiyasında müzakirə edilərək müvafiq qərar qəbul edilib. Qərarın sürəti zəruri tədbirlərin həyata keçirilməsi, nöqsanlara yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə görülmüş işlər barədə Palataya məlumat verilməsi məqsədi ilə “Azərbaycan Televiziya və radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinə göndərilib, məsələ ilə bağlı Milli Məclisə məlumat verilib.

Bundan sonra Palataya daxil olmuş məlumata görə, AzTV tərəfindən cəmi 25,0 min manat vəsait dövlət büdcəsinə bərpa edilib, 823,4 min manat dəyərində əsas vəsaitlərin və 125,4 min manat dəyərində mal-materialların uçota alınması təmin edilib. 21,9 min manat debitor borc ləğv edilib. 590,0 min manat vəsaitin əvəzləşdirilməsi üçün müvafiq tədbirlər görülüb, işlərində nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı bağlı intizam-tənbeh tədbirlərinin tətbiq edildiyi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR