Türkiyədə ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 39 nəfər xəsarət alıb

Türkiyədə ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 39 nəfər xəsarət alıb
# 27 sentyabr 2016 02:26 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Samsun vilayətində baş verən ağır yol qəzası nəticəsində 1 nəfər ölüb, 39 nəfər xəsarət alıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, turizm şirkətinə məxsus avtobus eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılıb.

Hadisə nəticəsində avtobusun sərnişinlərindən biri ölüb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR