Tanınmış erməni politoloqun Rusiyaya girişinə qadağa qoyulub

Tanınmış erməni politoloqun Rusiyaya girişinə qadağa qoyulub
# 01 sentyabr 2016 10:04 (UTC +04:00)

Bakı – APA. Tanınmış erməni politoloq, “Qloballaşma və regional əməkdaşlıq” mərkəzinin rəhbəri Stepan Qriqoryana Rusiyaya girişinə qadağa qoyulub.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

S. Qriqoryan Moskvada hava limanında saxlanılıb. Rusiyalı sərhədçilər ona qadağanın 2030-cu ilədək qüvvədə olduğunu deyiblər.

Politoloq bildirib ki, onun rəhbərlik etdiyi təşkilat erməni xalqının gələcəyini Avropa ailəsində görür. O hesab edir ki, məhz bu mövqe Rusiya hakimiyyətinin barəsində qəbul etdiyi qərara təsir edib.

Qeyd edək ki, S. Qriqoryan avqustun 30-da Ermənistana deportasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR